“Oyun ətrafında yaşananların mənə mənfi təsir edə bilməz”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın müvəqqəti baş məşqçisi Vaqif Cavadov deyib.
Premyer Liqada 16-cı tur davam edir. Sabah «Sumqayıt» doğma publika önündə «Neftçi» ilə münasibətlərinə aydınlıq gətirəcək.
Samir Abasovun oktyabrın əvvəlində ayrıldığı doğma şəhərinə bu dəfə rəqibin baş məşqçisi qismində dönüşü matçın prinsipiallığını artırır.
Cavadvun fikrincə, futbolda hamı özünü sübut etməyə çalışır:
«Mən də sübut etməliyəm ki, komandam güclüdür. Rəqib də həmçinin belə düşünür.
İnşallah, sumqayıtlı azarkeşlərin köməyi isə istədiyimiz nəticəni alarıq”.