AZ

76 yaşında yenidən federasiya prezidenti seçilib

Şamil Tarpişev Rusiya Tennis Federasiyasının (RFT) prezidenti kimi fəaliyyətini davam etdirəcək.

İdman.biz xəbər verir ki, 76 yaşlı mütəxəssis quruma rəhbər vəzifəsinə keçirilən seçkilərdə yeganə namizəd olub və yenidən dörd illik müddətinə seçilib.

Tarpişev 1999-cu ildən RFT-yə rəhbərlik edir. O, 1974-2014-cü illərdə SSRİ və Rusiya yığmalarının baş məşqçisi və kapitanı olub.

Qeyd edək ki, Tarpişevin rəhbərliyi ilə Rusiya komandaları Devis kuboku (2002, 2006, 2021) və Fed kubokunu (2004, 2005, 2007, 2008) qazanıblar.

İdman.biz

Seçilən
12
idman.biz

1Mənbələr