“Boş büdcə Rusiya üçün Ukrayna ordusundan daha ciddi təhlükəyə çevrilə bilər”.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərbi nəşri məlumat verib. Nəşrin məlumatına görə, ağırlaşan iqtisadi vəziyyətə rəğmən Kremlin hərbi xərcləri daha da artırması, Rusiyaya yaxşı heç nə vəd etmir.
Mütəxəssislərin fikrincə, üç ildir ki, Ukrayna ordusunun öhdəsindən gələ bilməyən Rusiyanın bu problemi hərbi büdcəni artırmaq hesabına həll etmək cəhdi hakimiyyət üçün ağır nəticələrə səbəb ola bilər. Belə ki, iqtisadi vəziyyətin ağırlığı Rusiya daxilində hakimiyyətdən narazılığı gücləndirib ki, yeni büdcə layihəsində hərbi xərclərin bir qədər də artırılması xalqın səbrini dolduran son damla ola bilər.
Məlumat üçün qeyd edək ki, Rusiya 2025-ci ildə müharibəyə təxminən 135 milyard dollar xərcləyəcək ki, bu da ölkənin ümumi büdcəsinin 41%-nə bərabərdir.
Seymur ƏLİYEV