AZ

Azərbaycanın İstanbuldakı baş konsulu İstanbul Konsullar Korpusunun yeni dövr sədri seçilib

Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva İstanbul Konsullar Korpusunun (İstanbul Consular Corps-İCC) növbəti ənənəvi iclasında iştirak edib.

“İki sahil” xəbər verir ki, toplantıda Türkiyədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri tərəfindən İCC-nin yeni dövr sədrliyinin Nərminə Mustafayevaya həvalə edilməsi qərara alınıb.

Qeyd edək ki, 2001-ci ildə qurulan İCC İstanbuldakı baş və fəxri konsulları bir araya gətirən diplomatik platformadır.

Seçilən
26
ikisahil.az

1Mənbələr