Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 6-cı turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün oyunları eyni gündə “Olimpik Star”da baş tutub.
Turun maraqla gözlənilən matçı lider “Baku Fire” ilə son çempion “Araz-Naxçıvan” dueli olub. Birinci dövrədə “qırmızı-ağlar”ı məğlub edən hazırkı lider xal itirmədən zirvədə qərarlaşmışdı. Əsas rəqiblərinə yenilən “Araz-Naxçıvan” üçün qızıl medal iddiasını davam etdirmək üçün bu qarşılaşmadan qalib ayrılmaq vacib idir. Amma FİFA referilərinin idarə etdiyi bu qarşılaşmada qalib müəyyənləşməyib. Dörd qolun qeydə alındığı bərabərliklə yekunlaşıb.
Əsas rəqiblərinin üz-üzə gəldiyi gündə “Neftçi” üçün xal ehtiyatını artırmaq şansı yaranmışdı. Bunun üçün “ağ-qaralar” debütant “Şuşa”ya şans verməməliydi. Belə də olub. “Neftçi” bu rəqibini 4 cavabsız qolla üstələyib.
Turun son oyunu da turnir cədvəli baxımından maraqlı idi. Cari mövsümüdə ilk və hələlik yeganə qələbəsini “Yasamal Bakı” ilə oyunda qazanan U-19 həmin nəticəni təkrarlamaq arzusunda, “Yasamal Bakı” isə xal “orucu”nu açmaq niyyətindəydi. Amma yığma komanda bu dəfə də qələbə qazanan tərəf olub.
Yüksək Liqa
6-cı tur
7 dekabr
Araz-Naxçıvan – Baku Fire 2:2
Hakimlər: Hikmət Qafarlı, Knyaz Əmiraslanov, Ramil Namazov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 13:00.
Neftçi İK – Şuşa 4:0
Hakimlər: Hacıəli Ağayev, Mahir Məmmədov, Kənan Məlikov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 15:00.
Yasamal Bakı – U-19 3:6
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Rza Məmmədov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 17:00.
Xallar: Baku Fire – 16. Neftçi – 15. Araz-Naxçıvan – 10. Şuşa – 6. U-19 – 6. Yasamal Bakı – 0.