Şahzadə Harri ilk dəfə şəxsi həyatı ilə bağlı dolaşan şayiələrə, komkret oaraq həyat yodaşı Meqan Markldan boşanması haqqında yayılan söz-söhbətələrə cavab vermək qərarına gəlib.
News24.az xarici mediaya istinadla xəbər verir ki, şahzadənin səbr kasasını daşıyan son damla bu yaxınlarda onun Milad şənliyi təşkil etdiyi, bu tədbirə həyat yoldaşının daxil olmadığı barədə məlumatların ortaya çıxmasıdır.
O, Nyu-Yorkda keçirilən sammitdə bu məsələ ilə bağlı ətraflı cavab verib. Şahzadə qeyd edib ki, əgər o, hər dəfə bu barədə mətbuatda xəbər çıxanda arvadını boşasaydı, 10 dəfədən çox boşanmış olacaqdılar.
“Meqan və mənim haqqımda yazdıqlarına görə, biz daşınmaz əmlak aldıq və 10 və ya 12 dəfə köçdük, həmçinin 10 və ya 12 dəfə boşandıq. Bu xəbəri izləmək çətindir, ona görə də ona məhəl qoymuruq. Ən çox da trollara yazığım gəlir. Bütün bunlara o qədər ümid bəsləyirlər, sonra məlum olur ki, belə bir şey olmayıb. Ona görə də onlara yazığım gəlir. Çox təəssüf edirəm”, - şahzadə Harri deyib.
Cütlük 2018-ci ildə ailə qurub və o vaxtdan bəridir vaxtaşırı yayılan şayiələrin hədəfidirlər.
\\Musavat.com