Son zamanlar Suriya paytaxtı Dəməşqdə gərginlik daha da artıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, yüzlərlə Suriya hərbçisi mülki geyimə keçərək paytaxtı tərk edir.
Suriya ordusunun yüksək rütbəli zabitlərinin də daxil olduğu hərbçilərin Dəməşqi tərk etməsi ölkənin təhlükəsizlik vəziyyətinə dair narahatlıqları artırıb.
Üstəlik, bu hadisələr Suriya müharibəsinin uzun müddətdir davam etməsi və ordu sıralarındakı əhval-ruhiyyənin düşməsi ilə əlaqələndirilir.
Müxalifət qüvvələrinin irəliləməsi və ordu daxilindəki bəzi qrupların silahlı qarşıdurmaların davam etməsi, bu kəskin addımların səbəblərindən biri ola bilər.
Musavat.com