“Suriyadakı yaraqlılar Dəməşqin kənarında Bəşər Əsədi devirmək üçün genişmiqyaslı əməliyyata hazırlaşır. Ukraynadakı böyük itkilərə görə Rusiya buna mane ola bilməz. Həm ruslar, həm də Əsəd Suriyadan çıxarıla bilər, bu isə onlar üçün ən yaxşısı ola bilər”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp deyib.
Tramp qeyd edib ki, Rusiya Suriyadakı mövcudluğundan heç vaxt heç nə qazanmayıb:
“Suriyada hərc-mərclik hökm sürür, amma ölkə bizim müttəfiqimiz deyil. Odur ki, ABŞ orada baş verənlərə qətiyyən qarışmamalıdır. Bu, bizim müharibəmiz deyil. Qarışmayın”.
Qeyd edək ki, artıq bir neçə gündür Suriyada prezident Bəşər Əsədə qarşı çıxan müxalif qüvvələr dövlət çevrilişi başladıblar.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta