Astarada qatar yoluna çıxan kişi ayaqlarından olub.
Xezerxeber.az-ın məlumatına görə, dəmir yolunun Ahağacı kəndindən keçən hissəsində qatar 34 yaşlı Məhərrəm Quliyevi vurub.
Yaxınlarının verdiyi məlumata görə, hadisə baş verən vaxt Məhərrəm Quliyev qohumugildən evə qayıdırmış.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Məhərrəm Quliyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub və təcili əməliyyata götürülüb.
Məhərrəm Quliyev müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.