"Abşeron" komandasının basketbolçusu Villiam Cenkin klubun mətbuat xidmətinə müsahibə verib.
İdman.biz xəbər verir ki, təcrübəli oyunçu komandaya adaptasiya müddətindən və heyətinin hazır ki, durumu barədə danışıb.
- Villiam artıq bir neçə müddətdir ölkəmizdəsən. Bakı haqqında təəssüratlarını bilmək maraqlıdı.
- Mən Bakıda vaxt keçirməkdən həzz alıram. Təsəvvür etdiyimdən də yaxşı oldu hər şey. Çox sakit bir yerdi Bakı. İnsanlar da çox yaxşıdır.
- Bura necə uyğunlaşdın?
- Bura çox tez adaptasiya oldum. Komandamıza qoşulan digər amerikalıların olması isə bu prossesi bir qədər də asanlaşdırdı mənim üçün.
- Azərbaycandan təklif alanda kiminləsə məsləhətləşmisən?
- Səmimi desəm 2023/2024 mövsümündə birgə oynadığım komanda yoldaşlarımla bu barədə danışmamışam. Yalnız özüm bu barədə bir qədər araşdırmışdım.
- Oynadığın klublara və ölkələrə baxanda Ermənistana rast gəldim. Orada oynayarkən Azərbaycan haqqında nə isə bilirdin? Biz onlarla 4 il öncə öz torpaqlarımızı geri qaytarmaq üçün müharibə edib və qələbə qazanmışıq. Maraqlıdı sənə bu haqda məlumat verilmişdi?
- Mən Ermənistandan əvvəl Lüksemburq, İrlandiya və Avstraliyada da oynamışam. O zaman Azərbaycan haqqında məlumatlı deyildim. Daha sonra bura gəlməyə qərar verməmişdən öncə araşdırmışdım və iki ölkə arasında olan konfliktdən və sizin qeyd etdiyiniz faktlardan da məlumatım oldu.
- Oradan sonra ölkəmizə gəlmisən. Bakı oradan nə ilə fərqlənir sənin üçün?
- Düşünürəm ki, Bakı və Azərbaycan, Ermənistan və onun paytaxtından daha gözəl yerdir.
- Basketbola keçid edək. Ölkə çempionatını və “Abşeron”un ilk dövrədəki çıxışını necə dəyərləndirirsən?
- Azərbaycan basketbol liqasını bəyənirəm. ABL-in ilk dövrəsini qələbə ilə başa vurduq və güclülərin yer aldığı A qrupunu 4-cü tamamladıq. Özümüzü dəyərləndirməliyik və getdiyimiz yolu da təqdir edirəm.
- Azərbaycan basketbol liqasında müsbət və mənfi məqamlar haqqında fikirini bilmək istərdim.
- Müsbət məqamlar daha çox qeyd edərdim. Oyunların konfliktsiz, normal mübarizə şəraitində keçməsini dəstəkləyirəm. Oyunlardan həzz alıram. Mənfi nələrisə görməmişəm.
- Bundan sonra karyeranı harada görürsən? Avropada hansı klubda oynamaq istəyərdin?
- Ümid edərəm ki, karyeram müsbət istiqamətdə inkişaf edəcək. Arzuladığım komandaya gəldikdə isə bu, İtaliyanın "Olimpiya Milano"sudur.
- Ümumi olaraq basketbolda kumir olaraq kimi seçmisən?
- Ən sevdiyim basketbolçular Karmelo Entoni və Poul Corc olub.
- NBA klublarından kimə azarkeşlik edirsən?
- Melo təqaüdə çıxdığı üçün mən Poul Corc hardadırsa ona azarkeşlik edirəm. Buna görə "Filadelfiya"ya azarkeşiyəm.
- Qayıdaq yenidən bakı və sənə. Burada ən çox hansı yeməyi sevirsən?
- Mən dönəri çox sevirəm. Bakıda "101" adlı restoran var. Ora tez-tez gedirəm.
- Boş zamanını burada necə dəyərləndirirsən?
- Boş vaxtlarımda adətən youtubda basketbolla bağlı podkastları izləyirəm, biznes və yatırımlarla bağlı araşdırmalar aparıram.
- Son olaraq hansı sualı eşitmək istəyərdin?
- Xeyr, hər hansı bir eşitmək istədiyim sual qalmadı. Müsahibə üçün təşəkkür edirəm. Sevə-sevə cavablandırdım.
İdman.biz