Premyer Liqanın 15-ci turunda “Qarabağ”a 0:3 hesabı ilə uduzan “Neftçi” Sumqayıt səfərinə hazırlaşır.
Bakılılar bazar günü şəhərin eyniadlı komandası ilə üz-üzə gələcək.
“Ağ-qaralar” vacib oyuna ciddi itkilərlə çıxacaq.
Baş məşqçi Samir Abasov əsas heyətin üç üzvünün yaratdığı boşluğu aradan qaldırmaq üçün baş sındırır.
Yuri Matiasla Edvin Kuç “Qarabağ”la qarşılaşmada aldıqları növbəti sarı vərəqə nəticəsində cəzalı duruma düşüblər. Komandanın siması sayılan Emin Mahmudov isə zədədən sonra hələ də meydana çıxmağa hazır deyil.
Əməliyyat olunan Azər Salahlı üçün 2024-cü il başa çatıb.
Dekabrın 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 18:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ