Gürcüstanın Mərkəzi Seçki Komissiyası Mixail Kavelaşvilini prezidentliyə namizəd kimi rəsmi olaraq qeydiyyatdan keçirib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda o, hakim partiyanın prezidentliyə yeganə namizədidir. Müxalifət seçkilərdə iştirakdan imtina edir və öz namizədini açıqlamayıb, həmçinin onların seçkilərə qatılıb-qatılmayacağı hələ məlum deyil.
Namizədlərin qeydiyyatı müddəti dekabrın 8-də başa çatır.
Gürcüstanda prezident seçkiləri 14 dekabrda keçiriləcək, inauqurasiya mərasimi isə 29 dekabrda baş tutacaq.
Qeyd edək ki, M. Kavelaşvili, həmçinin Gürcüstanın futbol üzrə yığma komandasının keçmiş hücumçusu olub. O, yığmada ümumilikdə 46 matç keçirib və bu oyunlarda 9 qol vurub. Bununla yanaşı, Kavelaşvili Tbilisinin "Lokomotiv", Vladiqafqazın "Spartak-Alaniya", eləcə də "Mançester Siti" və İsveçrənin müxtəlif klublarında çıxış edib.
Milli.Az