"ABŞ Suriyadakı vəziyyətə qarışmamalıdır".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu yeni seçilmiş prezident Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində qeyd edib.
"Suriyada tamamilə qarışıqlıqdır, onlar bizim dostumuz deyil və ABŞ-nin bununla heç bir əlaqəsi olmamalıdır" dedi.
Seçilmiş liderin sözlərinə görə, münaqişə ABŞ-yə aid deyil və vəziyyətin müdaxiləsiz öz-özünə həllinə imkan vermək vacibdir.
Müəllif: Arzu