AZ

Malayziyalı deputatdan Ermənistana MESAJ

Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında Malayziya Nümayəndələr Palatasının Beynəlxalq əlaqələr və ticarət komitəsinin sədri Vonq Çen bir sıra diqqətçəkən məqamlara toxunub.

Musavat.com-un məlumatına görə, Vonq Çen Azərbaycan-Ermənistan münasibətlərindən danışarkən bildirib ki, Malayziyada bir çox dinlərin nümayəndələr bir yerdə yaşaya bilir:

“Bunun səbəbi, açarı bəllidir, iqtisadi artım olmalıdır. İnsanların bir-birinə hörmət etməsi, birlikdə mehriban yaşaması üçün regionun iqtisadi inkişafına nail olmaq lazımdır ki, həm Azərbaycan, həm də Ermənistan bu inkişafdan faydalana bilsin.

Ermənistan Azərbaycan və Türkiyənin iqtisadi inkişafından faydalana bilsə, bunu başa düşəcək. Ukraynadakı konfliktin nəticələri belə Ermənistanın inkişafına təsir edib. Ona görə də mütləq iqtisadi inkişafa nail olunmalıdır".

Malayziyalı deputat Qərbi Azərbaycandan olan qaçqınların ləyaqətli qayıdışını vacib sayıb. Dediyinə görə, onlar Qərbi azərbaycanlıların başına gələn müsibətlərdən xəbərdardır və ədalət bərpa olunmalıdır.

E.Paşasoy,
Musavat.com

Seçilən
88
36
musavat.com

10Mənbələr