"ABŞ Suriyadakı vəziyyətə qarışmamalıdır".
Referans.az xarici mətbuata istinadla xəbər verir ki, bunu yeni seçilmiş ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində qeyd edib.
"Suriyada tamamilə qarışıqlıqdır, onlar bizim dostumuz deyil və ABŞ-nin bununla heç bir əlaqəsi olmamalıdır", - deyə bildirib.
Onun sözlərinə görə, münaqişə ABŞ-yə aid deyil və vəziyyətin müdaxiləsiz öz-özünə həllinə imkan vermək vacibdir./Teleqraf.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta