Avstriya kansleri Karl Nehammer Vyananın Ukrayna üzrə danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə kansler “X” hesabında məlumat yayıb.
Parisdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşdən sonra deyib: “Vyana neytral dövlətin paytaxtı kimi gələcək sülh danışıqları üçün platforma olmağa həmişə hazırdır”.
Kansler qeyd edib ki, dialoq zamanı hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq üçün birgə səylər müzakirə olunub.