37 yaşlı argentinalı hücumçu Lionel Messi MLS-də ilin ən dəyərli oyunçusu seçilib.
News24.az xəbər verir ki, səsvermənin nəticələrinə görə, Messi 38,43 faiz səs toplayıb. Səsvermədə ikinci yeri 33,7% səslə "Kolumb"un hücumçusu Kuço Hernandes tutub.
MLS Ən Dəyərli Oyunçu Mükafatı (Landon Donovan MVP Mükafatı) oyunçular, klubun texniki heyəti və media nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən verilir. \\Manset.az