Suriyadakı yaraqlılar Dəməşq ətrafındadır və Əsədi devirmək üçün genişmiqyaslı əməliyyata hazırlaşırlar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynada ağır itkilər verdiyinə görə buna mane ola bilməz: "Rusiya Suriyadakı mövcudluğundan heç vaxt heç nə qazanmayıb. Suriya bizim müttəfiqimiz deyil. ABŞ orada baş verən hadisələrə qətiyyən qarışmamalıdır. Bu bizim müharibəmiz deyil. Hadisələr necə inkişaf etdə də qarışmayın".