AZ

"Onun mənə zəng etməsi üçün hər şeyimi verərdim"

"Atam rəhmətə gedəndən sonra heç kim qapımı açmadı. Bu hadisədən sonra mən nə xalalarım, nə bibilərim, nə dayılarım, nə də ki əmilərimlə danışıram" .

Bu sözləri rəqqasə Renka Ağamuradova qonaq olduğu "Rəngarəng" verilişində deyib.

Renka bildirib ki, valideyni vəfat etdikdən sonra o qohumları ilə əlaqəsini tamamilə kəsib:

"Bacımın oğlunun ad günü oldu. Anam, mən, bacım və uşaqlarımızla yığışıb yemək yeyirdik. Birdən ayılıb dedim ki, ana bizim yanımızda heç kim yoxdur. Heç kim... Anam cavab verdi ki, sənə kimsə lazımdır? Mən, bacın, uşaqlar var və biz sənin yanındayıq. Dedim ki, niyə atam yaşayanda hamı yanımızda idi, amma indi yoxdurlar?Atamın vəfatından 5 il keçir, amma onun ildönümü olanda gözüm telefonda qalmışdı ki, kimsə yığıb başsağlığı verəcək. Onun mənə zəng etməsi üçün hər şeyimi verərdim. Hər zaman məni evə gələndə qarşılayırdı və mənim üçün yemək bişirirdi. Səhərə kimi onunla dərdləşirdim. O qədər gözəl insan idi... Heyif ondan. Nə olardı 5 il də qalardı yanımda, ondan bir az da doyardım. Allah onu məndən alıb, apardı... Niyə apardı?"./Milli.Az/

Seçilən
28
6
musavat.com

10Mənbələr