AZ

SON DƏQİQƏ: Əsəd xalqa müraciət edəcək: Dəməşqdə vəziyyət KƏSKİNLƏŞİR

Son zamanlar Suriyanın paytaxtı Dəməşqdə vəziyyətin daha da gərginləşməsi ilə, suriyalı hərbçilər kütləvi şəkildə paytaxtın ətrafındakı mövqelərini tərk etməyə başlayıb.

Musavat.com xəbər verir ki, telegram kanallarındayayılan məlumatlara görə, ordu ciddi şəkildə deqradasiyaya uğrayıb, bir çox hərbçi və zabitlər mülki geyimə keçərək mövqelərini tərk edirlər.

Bu vəziyyət, həm daxili, həm də beynəlxalq səviyyədə ciddi narahatlıq yaradır.

Dəməşqdəki vəziyyətin daha da pisləşməsi fonunda, prezident Bəşər Əsədin yaxın saatlarda xalqa müraciət edəcəyi bildirilir.

Prezident Əsədin bu müraciəti, gərginliyin və ölkə daxilindəki hərbi vəziyyətin pisləşməsi səbəbindən çox vacibdir və xalqın, həmçinin beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək.

Musavat.com

Seçilən
16
3
musavat.com

4Mənbələr