Dekabrın 5-də Avropa otelində Beynəlxalq İdman Təbabəti və Reablitasiya konfransı keçirilib.
Medicina.az bildirirvki, konfransın təşkilatçılığı isə İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi və Milli Onkologiya Mərkəzinə həvalə olunub.
Beynəlxalq tədbirin digər təşkilati dəstəkçilər isə Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi, Afgen Genetik Diaqnoz Mərkəzi və “Planeta” Apteklər şəbəkəsi idi.
Konfransın açılışını terapevt, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin professoru, Azərbaycanda "Bioloji Təbabət və Antihomotoksik Terapiya cəmiyyətinin” sədri, Bioloji təbabət üzrə ekspert, beynəlxalq dərəcəli lektor Fikriyyə İbrahimli edib.
Beynəlxalq konfransın nəzəri hissəsininspikeriidman həkimi Avropa Olimpiya Komitəsi tibbi və antidopinq komissiyasının üzvü, LitvaTibbi İdman Fedresiyasının və Litva Manual Tibb Cəmiyyətinin üzvü Dalius Barkauskas idi. 1990-cı illərdən başlayaraq tibbi idmansahəsində böyük təcrübə toplamış D. Barkauskas həm də Litvanın Kaunas şəhərindəki ixtisaslaşmış tibb mərkəzlərindən birinin peşəkar həkimidir.
Spiker haqqında digər bir maraqlı məlumat da ondan ibarətdir ki, o, Avropa İdman həkimləri və Müalicəvi Bədən Tərbiyəsi həkimləri Kollecinin həmtəsisçisidir.
Konfransda Almaniya, Polşa, Moldova, Litva və Özbəkistan respublikalarındandəvət olunmuş qonaqlardan əlavə Azərbaycanın müxtəlif klinika və reablitasiya mərkəzlərində çalışan 200-dən çox yerli həkim də iştirak edirdi.
Xarici spikerin “ Dayaq-hərəkət aparatı xəstəliklərinin müalicəsinə biotənzimləyici yanaşma.İdmanda çiyin, boyun və bel zədələri”mövzusundakı çıxışı iştirakçların marağına səbəb olduğundan tədbirin müəyyən hissəsi sual-cavaba həsr olundu.
Canlı mühazirədən başqa Almaniyadan 4həkim- Almaniyanın Baden-Badenşəhərindəki HEEL şirkətinin tibb mütəxəssisi, Fiziologiya, mikrobiologiya və yoluxucu xəstəliklər üzrə professor, doktor Devid Leşayd, Almaniya Olimpiya və Almaniya Milli xizək komandalarınınidman həkimi, cərrahiyyə. İdman və təcili yardım üzrə ixtasaslaşmış praktik həkimŞtefan Pexer konfransa onlayn qoşularaq mövzularda çıxış ediblər.
Travmatologiya, ortopediya, idman təbabəti, fizioterapiya və naturopatiya üzrə ixtisaslaşmış doktor, Almaniya qış idman növləri üzrə milli komandanın, eyni zamanda Almaniya Olimpiya komandasınınhəkimi Kristian Şnayder vəAlmaniya Milli Futbol komandasınınidman həkimi, ortopediya və idman təbabəti üzrə ixtisaslaşmışdoktor Hans Vilhelm Müllerdə konfransın onlaynçıxışçılarından idilər.
Xarici həkimlərin “ İltihabın həlli terapevtik hədəf kimi” ,“ İdman təbabətində biotənzimləyici yanaşma.Müalicə sənəti”,“Peşəkar idmandan gündəliktəcrübəyə qədər” və s. mövzulardakı çıxışları da iştirakçılar tərəfindən maraqla qarşılanaraq geniş müzakirəyə səbəb olub.