AZ

Sumqayıtda partlayan bina bərkidilir

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində baş verən partlayışın nəticələrinin aradan qaldırılması məqsədilə hazırda bərkitmə işləri davam edir.

KONKRET.az xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev “Report”a bildirib ki, təhlükəsizlik tədbirləri tam şəkildə həyata keçirildikdən sonra digər iki blokun sakinlərinin mənzillərdə məskunlaşması məsələlərinə baxılacaq.

Qəza baş verən girişlə bağlı isə aidiyyəti qurumların mütəxəssislərinin araşdırmaları nəticəsində yekun qərar qəbul ediləcək.

Qeyd edək ki, bina 6 girişdən ibarətdir. 3 girişdə sakinlərin məskunlaşması artıq təmin olunub.

Xatırladaq ki, dekabrın 3-də Sumqayıt şəhər 13-cü mikrorayon, 19 saylı binada partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb. Onlardan üçü ambulator müayinə üçün evə buraxılsa da, digər üçünün müalicəsi davam etdirilir.

KONKRET.az

Seçilən
24
konkret.az

1Mənbələr