Suriyanın paytaxtı Dəməşqdən Bəsrə körfəzi istiqamətində sərnişin təyyarəsi qalxıb.
Axar.az xəbər verir ki, bu barədə “Flightradar24” uçuş izləmə saytı məlumat yayıb.
Türkiyənin “Haber7” saytı təyyarədə Suriya Prezidenti Bəşər Əsədin olduğunu bildirib.
Qeyd edək ki, Bəşər Əsədin ötən gücə Tehrana qaçdığı bildirilsə də, Suriya hökuməti bu iddia təkzib edilmiş, onun Dəməşqdə qalaraq, döyüşü koordinasiya etdiyini açıqlamışdı.