AZ

"Qarabağ" yenə qalib gələ bilmədi - Qurbanovdan AÇIQLAMA

"Qarabağ" Misli Premyer Liqasında "Sabah"la heç-heçə edib.

"Unikal" xəbər verir ki, XVI turun ikinci oyunu "Bank Respublika Arena"da keçirilib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

49-cu dəqiqədə meydan sahiblərindən Neqoş Kupusoviç hesabı açıb. 68-ci dəqiqədə Nəriman Axundzadə tarazlığı bərpa edib.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: "Futbolçularıma təşəkkür edirəm. Son dəqiqələrdə tam istədiyim oyun oldu. Oyunu iki hissəyə bölərdim. İlk hissədə və ikinci hissənin əvvəlində temp aşağı idi. Rəqib də buna səbəb oldu. İlk dəqiqələrdə fərqli oyun üslubu seçmişdi. Bizim futbolçular da o tempə öyrəşdilər. İkinci hissədə azarkeşlər üçün daha maraqlı futbol oldu. Rəqibin hücum xətti çox bacarıqlıdır. Bu gün hər iki komanda qalib gələ bilərdi. Bəlkə də ədalətli nəticə bərabərlikdir. Ağır qrafikdəyik. Futbolçularda bir az yorğunluq hiss olunur.

Qurbanov heyətdə rotasiyalar etməyinin səbəbini də açıqlayıb: "“Qəbələ” ilə kubok matçında da dəyişikliklər etmişdik. Futbolçulara görə bir az ehtiyatlanırıq. Kevin Medina fiziki cəhətdən ən hazırlıqlı oyunçularımızdan idi. 2 oyunu 90 dəqiqə oynadı və əzələ problemi oldu. Avropa oyunlarında temp başqadır. Bu gün bəlkə də hücum xəttini gücləndirməli idim, amma Bədavini Bəhlulla əvəzlədim. Heç bir futbolçunu ritmdən salmaq istəmirik. Futbolçuların durumuna görə belə addım atmışdıq". 

Seçilən
57
16
unikal.az

10Mənbələr