"Barselona" İspaniya La Liqasının 16-cı turunda xal itirib.
İdman.biz xəbər verir ki, Kataloniya klubu səfərdə "Betis"in qonağı olub.
Oyun 2:2 hesabı ilə yekunlaşıb. Meydan sahibləri 90+1-ci dəqiqədə məğlubiyyətdən qaça biliblər.
İspaniya La Liqası
16-cı tur
"Las Palmas" - "Valyadolid" - 2:1
"Betis" - "Barselona" - 2:2
İdman.biz