AZ

Əsədin əsgərləri geyimlərini dəyişib qaçırlar - Video

Suriyanın paytaxtı Dəməşqdə hökumətə bağlı hərbçilər hərbi formalarını çıxarıb, mülki paltarlar geyiniblər.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Məlumata görə, Dəməşqin mərkəzində bir sıra hərbi birləşmələr komandanlığın olmaması səbəbindən dağılıb.

Qeyd olunub ki, Dərəyya, Kesva, Sahnaya, Müazamiyə, Harcele bölgələrindən rejim qüvvələri çıxarılıb, Bəşər Əsədin plakatları və heykəlləri dağıdılıb.

Seçilən
14
axar.az

1Mənbələr