Xəbər verdiyimiz kimi, bu gün Dohada Astana formatı çərçivəsində Türkiyə, Rusiya və İran XİN başçılarının görüşü keçirilib.
Axar.az xəbər verir ki, görüşün detalları ilə bağlı məlumat verilməyib.
Erməni türkoloq Varujan Geqamyan isə yazıb ki, Suriyanın qanuni hökuməti İran və Rusiyadan dəstək almadı:
“Əksinə, Əsədə “qanuni müxalifət”lə danışıqlar üçün çağırış edildi. “Terrorçu” (silahlı müxalifət nəzərdə tutulur – red.) qoşunlar böyük ehtimalla bu gecə Dəməşqi mühasirəyə alacaq”.
Qeyd edək ki, “Heyət Təhrir əş-Şam” silahlı birləşməsinin Dəməşqə artıq cənub istiqamətindən girməyə başladığı, Bəşər Əsədin isə Baş Qərargah və digər komandanlıqların binasını boşaltmaq göstərişi verdiyi bildirilir.