AZ

Emin Cəfərov “Trabzonspor” - “Sarayevo” matçında

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA Gənclər Liqasının 3-cü təsnifat mərhələsinin oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, UEFA Gənclər Liqasının Çempionlar yolunun 3-cü mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Sarayevo” (Bosniya və Herseqovina) oyununun UEFA nümayəndəsi Emin Cəfərov olacaq.

Trabzon şəhərində yerləşən Şenol Güneş İdman Kompleksinin stadionunda təşkil olunacaq görüş dekabrın 11-də baş tutacaq.

Qeyd edık ki, “Trabzonspor” – “Sarayevo” matçını belaruslu baş hakim Amine Kourgheli idarə edəcək.

Bu komandalar arasında Bosniya və Herseqovinada keçirilmiş ilk oyun 2:2 hesabı ilə yekunlaşıb.

Seçilən
25
arena.az

1Mənbələr