Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ABŞ-a səfəri zamanı Donald Trampın komandasına sərhədləri qayıdana qədər müharibə aparmağı təklif edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
“Bundan başqa, Yermak Trampın komandasına Ukraynanın NATO-ya daxil olmasını təmin etməyi təklif edib. Lakin bu təkliflər soyuqqanlılıqla qarşılanıb”, - məlumatda qeyd olunub.