Parisdə Fransa Prezidenti Emmanuel Makron, Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp arasında üçtərəfli görüş olub.
“Qafqazinfo” BFMTV-yə istinadən xəbər verir ki, görüş Yelisey sarayında baş tutub.
Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib ki, siyasətçilər 35 dəqiqə danışıblar.
Görüşdən sonra hər hansı bəyanat verilməyib. Söhbətin təfərrüatları da açıqlanmayıb.
Zelenski üçtərəfli görüşlə bağlı “X”də paylaşım edərək bunları yazıb: “Hamımız bu müharibənin tez və ədalətli şəkildə bitməsini istəyirik. Güc vasitəsilə sülh mümkündür. Birgə işi davam etdirməklə bağlı razılıq əldə olunub”.
Xatırladaq ki, Tramp və Zelenski 2019-cu ildə yanğından sonra yenidən qurulan Notr-Dam Katedralının açılış mərasimində iştirak etmək üçün Fransaya səfər ediblər.