AZ

KOBİA və AİB KOB-ları “yaşıl” keçidə təşviq edir

“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Asiya İnkişaf Bankı (AİB) arasında Azərbaycanda KOB-ların “yaşıl” keçidi və “yaşıl” inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və AİB-in Azərbaycanda Rezident Missiyasının rəhbəri Sunniya Durrani-Camal imzalayıblar.

KOBİA-dan redaksiyamıza bildirilib ki, memorandumda AİB-nin KOBİA-nın irəli sürdüyü “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası Bəyannaməsi”nə dəstəyi ifadə edilməklə həmin sənəddə öz əksini tapmış məsələlər, o cümlədən KOB-ların “yaşıl” keçidinə yönəlmiş fəaliyyətin birgə həyata keçirilməsi nəzərdə tutulur.

Bu məqsədlə memorandumda KOB-ların “yaşıl” təşəbbüslərinin reallaşdırılması, bu sahədə bacarıqlarının artırılması və “yaşıl” maliyyəyə çıxışa birgə dəstəyin göstərilməsi, KOB-ların yaşıl keçidinə dəstək üçün normativ bazanın təhlili istiqamətində tədbirlərin görülməsi kimi istiqamətlərdə əməkdaşlıq öz əksini tapıb.

Görüşdə KOB-ların “yaşıl” keçidi, KOBİA və AİB arasında KOB sahəsində əməkdaşlıq imkanları, eləcə də memorandumdan irəli gələn məsələlər müzakirə edilib.

Seçilən
48
9
xalqqazeti.az

9Mənbələr