AZ

Rusiyadan Suriyadakı son hadisələrlə bağlı ilk açıqlama- Əsəd istefa verərək ölkəni tərk edib...

Image

Rusiya Xarici İşlər Nazirliyi Suriyadakı son hadisələrlə bağlı açıqlama verib. Nazirlik Suriyada süqut edən Bəəs rejiminin devrilmiş lideri Bəşər Əsədin istefa qərarı verərək ölkəni tərk etdiyini bildirib.

Bəyanatda Suriyadakı vəziyyətin "dramatik və narahatlıq doğurduğu və Əsədlə silahlı qarşıdurmada iştirak edən qüvvələr arasında danışıqlar aparıldığı iddia edilib.

"Danışıqlar nəticəsində Əsəd hakimiyyətin sülh yolu ilə təhvil verilməsi əmrini verdi, vəzifəsindən getməyə qərar verdi və ölkəni tərk etdi. Rusiya bu danışıqlarda iştirak etməyib" - açıqlamada deyilir.

Bəyanatda Rusiya tərəfinin Suriyadakı bütün müxalif qüvvələrlə təmasda olduğu və aşağıdakılar qeyd edilib: "Lakin biz bütün aidiyyatı tərəfləri zorakılığa əl atmağı dayandırmağa və bütün problemləri siyasi yolla həll etməyə çağırırıq. Bu kontekstdə Rusiya Suriyadakı bütün müxalif qüvvələrlə təmasdadır. Suriyadakı bütün etnik və dini qüvvələrin fikirlərinə hörmət etməyə çağırır və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası yekdilliklə qəbul etdiyi 2254 saylı qətnamə kontekstində inklüziv siyasi prosesin qurulması səylərini dəstəkləyirik."

Bəyanatda Rusiyanın Suriyadakı hərbi bazalarının “yüksək hazırlıq” vəziyyətində olduğu qeyd edilib və bu bazaların təhlükəsizliyinə ciddi təhlükə olmadığı bildirilib. Bəyanatda həmçinin Suriyada Rusiya vətəndaşlarının həyat təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlərin görüldüyü bildirilib.

Qeyd edək ki, müxalifət Əsədin tutulmasına kömək edənlərə 10 milyon dollar mükafat veriləcəyini açıqlayıb.

TAHİR





Seçilən
80
baki-xeber.com

1Mənbələr