Suriyanın paytaxtı Dəməşq şəhərinə müxalif qrupların daxil olması ilə 61 illik Bəəs hakimiyyəti sona çatdı və Əsəd ölkəni tərk etdi. Dəməşqin ardınca Türkiyənin dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin nəzarətində olan Mənbiçə qarşı əməliyyatlara başlayıb.
Dəməşqin Bəəs rejiminin nəzarətindən çıxmasından sonra şəhərlərdə vətəndaşlar bayram keçirirlər. Küçələri dolduran suriyalılar rejimin süqutunu qeyd edirlər.
Dəməşqi ələ kçirən müxalif qruplar şəhərdə komendant saatı elan etdiklərini açıqlayıblar. Qadağanın yerli vaxtla 16.00-05.00 arasında tətbiq olunacağı açılanıb.
Dəməşq və ətraf şəhərlərə nəzarəti ələ keçirən müxaliflər həbsxanalardakı məhbusları azad ediblər və xaricdəki suriyalıları ölkəyə qayıtmağa çağırıblar.
Suriya Müvəqqəti Hökumətinin rəhbəri Əbdürrəhman Mustafa ölkədə ümumi amnistiya qərarı vrildiyini açıqlayıb.
TAHİR