AZ

Rusiya aviabazasının yaxınlığındakı Cebla şəhəri azad edilib

...Suriya silahlı müxalifəti Rusiya Aerokosmik Qüvvələrinin Xmeymim aviabazasının yanında yerləşən Cebla şəhərini nəzarətə götürüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS mənbəyə istinadən yazır.

Agentliyin həmsöhbəti qeyd edib ki, birləşmələr şəhərin mərkəzinə günorta saatlarında daxil olub.

Havaya atəş açıblar, sonra sakitləşiblər.

Daha əvvəl bildirilmişdi ki, müxalifət noyabrın sonunda Suriya Ərəb Ordusuna qarşı aktiv hərbi əməliyyatlara başlayıb. 10 gün ərzində döyüşçülər hökumət qoşunlarını məğlub ediblər, əsas şəhərləri işğal ediblər və magistral yollara nəzarət edirlər.

Bazar günü, dekabrın 8-i səhər saatlarında müxalifət nümayəndələri Dəməşqin tutulduğunu və Suriya prezidenti Bəşər Əsədin devrilməsini elan ediblər. Daha sonra onlar ölkənin şimalında sahildəki əyalətlərə doğru irəliləyən kürd qruplaşmalarına qarşı əməliyyatın başladığını bildirdilər.

Əli Babayev

Seçilən
64
sia.az

1Mənbələr