AZ

İşğaldan azad edilmiş ərazilərində möhtəşəm irəliləyişlər var -

Ermənistanın o zamankı hakimiyyəti 1992-ci ildə Xocalıda törətdikləri qətliamı dünyaya tam tərsinə çatdırmağa cəhd edirdilər.
Metbuat.az xəbər verir ki, bunu report-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay bildirib."Çox təəssüf ki, bəzi Qərb ölkələrinin parlamentləri də Ermənistana və erməni lobbisinə dəstək göstərirdilər. Bu gün də Fransa başda olmaqla, bu dəstək davam edir. Türkiyənin müttəfiq dediyi ölkələr də buna qoşulub. Qərbin ikili standartları indi də davam edir. Təsəvvür edin ki, 20 faiz torpağı işğal edilən Azərbaycan olduğu halda, onlar ermənilərin torpaqlarının işğal olunduğu barədə düzgün olmayan fikir formalaşdırmağa cəhd edirdilər. Öz əməllərini diqqətdən yayındıraraq 1915-ci ildə guya Türkiyənin ermənilərə qarşı soyqırım törətməsini iddiasını ortaya atmışdılar. Amma onlar tarixi həqiqətlərin üzə çıxmasının qaçılmaz olduğunu dərk etmirdi. Hazırda həm Azərbaycan, həm də Türkiyə əsaslı sübutlar və səndələrlə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük işlər görür", - TBMM-in komitə sədri deyib.“Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfərindən danışarkən, F.Oktay bu ərazilərdə aparılan abadlıq və quruculuq işlərini xüsusi qeyd edib:

"Bizim üçün bu səfərdə ən gözəl olan Xankəndinin də, Şuşanın da, Xocalının da, bütün torpaqların azad edilərək Azərbaycanın nəzarətində olmasıdır. Bu ziyarətimizdə Şuşa başda olmaqla, Azərbaycanın işğaldan azad edilimiş ərazilərində möhtəşəm irəliləyişləri gördük. Füzulidən bura gələnə qədər torpaqların becərildiyinin, Füzulinin və Şuşanın yenidən qurulduğunun şahidi olduq".

Seçilən
23
10
metbuat.az

10Mənbələr