AZ

Suriyadakı silahlı müxalifət Rusiya ilə əlaqə qurduğunu açıqlayıb

Suriyada Əsədin devrilməsindən sonra silahlı müxalifətlə Rusiya tərəfi arasında rabitə kanalları fəaliyyətə başlayıb. SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu barədə Dəməşqdəki mənbə bildirib.

Bazar günü axşam müxalifət rəhbərliyinə yaxın mənbə onların Rusiya hakimiyyəti ilə əlaqə saxlamaq imkanlarının olduğunu təsdiqləyib.

...Hazırda biz Rusiya hökuməti ilə əlaqə kanalları yaratmışıq, - mənbə bildirib.

Rusiya Xarici İşlər Nazirliyi gün ərzində Dəməşqə daxil olan bütün müxalif qrupların nümayəndələri ilə əlaqə saxladıqlarını bildirib.

Bundan əvvəl məlum olub ki, Suriya silahlı müxalifəti Rusiya Aerokosmik Qüvvələrinin Xmeymim aviabazasının yerləşdiyi Cebla şəhərinə nəzarət edir.

Əli Babayev

Seçilən
56
sia.az

1Mənbələr