AZ

Bundan istifadə etdi, cəzalandırıldı - 10 mövqe geridən başlayacaq

“Ferrari” komandasının monakolu pilotu Şarl Lekler “Formula 1” üzrə Əbu-Dabi Qran-Prisinə 10 mövqe geridən başlayacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FİA) məlumat yayıb.

Pilotun cəzalandırılmasının səbəbi mövsüm ərzində mühərrikin üçüncü akkumulyatorundan istifadə etməsi olub. “Formula 1”də qaydalar yalnız iki akkumlyatordan istifadəyə icazə verir.

Monakolu sürücü mövsümün final mərhələsinin birinci sıralama turunda 1 dəqiqə 24,321 saniyə göstərici ilə qalib gəlib. Lakin elementin dəyişdirilməsi səbəbindən o, tutduğu mövqeni itirəcək.

Seçilən
65
sportinfo.az

1Mənbələr