Dəməşqin 30 kilometrliyində yerləşən Sednaya həbsxanasından minlərlə siyasi məhbus azad edilib. Euroradio xəbər verir ki, onlardan birinin 43 ilini dəmir barmaqlıqlar arxasında keçirən Rahid Əl-Tatari olduğu üzə çıxıb.
SİA-nın məlumatına görə 1980-ci ildə Əl-Tatari Suriya Hərbi Hava Qüvvələrində pilot olub. O, Suriyanın hazırkı diktatoru Bəşər Əsədin atası Hafiz Əsədin göstərişi ilə etirazları yatırmaq üçün Həmada zərbələr endirməkdən imtina edib.Buna görə də o, həbsxanaya göndərilib və o vaxtdan bəri orada qalıb.
Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, 2011-ci ildən 2021-ci ilə qədər Əsəd rejiminin düşmən hesab etdiyi 30 mindən çox insan Sednaya həbsxanasında öldürülüb.
Əli Babayev