AZ

5 il ABŞ zindanında yatan, Əsədi devirən Əl-Culani kimdir? – DOSYE

Suriya müxalifətinin lideri Əbu Muhəmməd Əl-Culani (əsl adı: Əhməd Hüseyn əl-Şaraa) 1982-ci ildə Ər-Riyad şəhərində doğulub və 7 yaşına qədər orada yaşayıb. 2003-cü ildə İraqda “Əl-Qaidə”yə qoşulub. 2006-cı ildə ABŞ-ın silahlı qüvvələri onu həbs ediblər. Gələcək lider 2011-ci ilə qədər ABŞ zindanında qalıb. Onun bioqrafiyasının bu hissəsi kifayət qədər qaranlıqdır (İnsaf naminə deyək ki, qalan hissələri də göz qamaşdırmır).

KONKRET.az xəbər verir ki, 2012-ci ildə azadlığa çıxandan sonra “Əl-Qaidə”nin Suriya bölməsi olan “Cəbhət ən-Nüsra”nı yaradıb. İŞİD-in gələcək lideri, 2019-cu ildə qətlə yetirilən Əbu Bəkr əl-Bağdadi ilə əməkdaşlıq edib.

“Cəbhət ən-Nüsra” qısa müddətdə Bəşər Əsədin nəzarət etmədiyi əraziləri, o cümlədən, İdlib şəhərini ələ keçirməyi bacarıb. Həmin dövrdə Əl-Culani tez-tez bəyan edirdi ki, Suriyada xristianlara və ələvilərə (şiələrə) yer olmayacaq.

2016-cı ildə Əl-Culani “Əl-Qaidə” ilə əlaqələrini qırır, onun ideologiyasından imtina edir və özünə sadiq insanlarla “Cəbhət Fəth əş-Şam” təşkilatını qurur. 2017-cil ildə İdlibdə “Həyat Təhrir əş-Şam” adlanan daha bir qruplaşma yaradır. Qrupun əsas məqsədi iranpərəst qüvvələri ölkədən qovmaq və Bəşər Əsədi devirmək idi. 2021-ci ildə qrupun imicini yaxşılaşdırmaq üçün Əl-Culani bəyan edir ki, məqsədi yeni “İslam Dövləti” yaratmaq deyil, sadəcə, Suriyanı azad etməkdir.

O özünü radikal islamçı saymır. Nəzarət etdiyi ərazilərdə qadınların hicab örtməməsinə, kişilərin siqaret çəkməsinə icazə verir (azvision.az)

KONKRET.az

Seçilən
78
38
konkret.az

10Mənbələr