AZ

Moskva Suriya ilə bağlı BMT-dən görün nə tələb etdi

Rusiya Suriyadakı vəziyyət və ölkədə hakimiyyəti yaraqlıların ələ keçirməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasından təcili məsləhətləşmələr tələb edib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

“Suriyadakı son hadisələr və onların UNDOF (Birləşmiş Millətlər Təşkilatının Müşahidəçi Qüvvəsi) üçün nəticələri ilə əlaqədar olaraq, Rusiya təcili məsləhətləşmələr tələb edib”, – agentlik diplomatik mənbəyə istinadən bildirib.

Təhlükəsizlik Şurasının məsləhətləşmələri bağlı qapılar arxasında keçiriləcək. Məlumdur ki, çıxış edənlər beynəlxalq təşkilatın baş katibinin müavini Rozmari DiKarlo, eləcə də sülhməramlı əməliyyatlar üzrə müavini Jan-Pyer Lakroa olacaq.

Daha əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski bildirmişdi ki, Moskva Suriyadakı vəziyyəti və ölkədə hakimiyyəti yaraqlılar tərəfindən ələ keçirilməsini diqqətlə izləyir.

Seçilən
44
22
publika.az

10Mənbələr