İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib ki, dekabrın 8-də “silahlı qrup” İtaliyanın Dəməşqdəki səfirliyinin bağçasına girərək silah gücünə üç rəsmi avtomobili götürüblər.
İtaliya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, bu, müxalifət qüvvələrinin şəhəri ələ keçirdiyini elan etdikdən sonra baş verib.
Tajani həmçinin əlavə edib ki, insident zamanı səfirin özü və iqamətgahı mühafizə edən karabineri xəsarət almayıb.
Dekabrın 8-də Əsədin Dəməşqdəki sarayı silahlılar tərəfindən tutulduqdan, talan edildikdən və dağıdılandan sonra alovlanıb. Günün əvvəlində Dəməşqin müxalifət qüvvələri tərəfindən tutulması səbəbindən Suriya prezidenti Bəşər Əsəd təyyarə ilə şəhəri tərk edib.
...Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya şəhərlərini ələ keçirən islamçıları dəstəkləyib..?
Bunu ruslar yazır.
Əli Babayev