Suriyada hakimiyyəti ələ keçirən “Həyat Təhrir əş-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd əl-Colani Dəməşqdə böyük izdiham qarşısında çıxış edib.
Modern.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
"Dünyada nə qədər insan didərgin düşüb? Nə qədər insan çadırlarda yaşayırdı? Nə qədər insan dənizlərdə boğulub?", - o, çıxışı zamanı bildirib.
Əl-Colani orta əsrlərə aid Əməvilər məscidində çıxışı zamanı qeyd edib ki, bütün region üçün yeni tarix yazılır.
Üsyançıların yüksək komandiri Dəməşqin mərkəzindəki böyük izdiham qarşısında danışıb.
“Qardaşlarım, bu böyük qələbədən sonra bütün regionda yeni bir tarix yazılır. İslam xalqı üçün bir mayak olacaq yeni Suriya qurmaq üçün çox çalışmaq lazımdır", - o bildirib.