AZ

HƏMAS 13 İsrailli girovu və 7 əcnəbini BQXK-ya təhvil verib

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Qəssam” qruplaşmasının 13 israilli girovu və 7 digər dövlət vətəndaşını təşkilat nümayəndələrinə təhvil verdiyini təsdiqləyib.Gununsesi.info bu barədə TASS-a istinadən xəbər verir.Bundan əvvəl Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari “X” sosial şəbəkəsində Dohanın və Qahirənin vasitəçiliyi sayəsində mübadilə sazişinin həyata keçirilməsində bütün maneələrin aradan qaldırıldığını bildirib.“Müəyyən gecikmədən sonra hər iki tərəflə Qətər-Misir təmasları sayəsində məhbusların azad edilməsinə maneələr aradan qaldırılıb. Bu gecə 39 fələstinli mülki vətəndaş azad ediləcək, 13 israilli girov və daha 7 əcnəbi Qəzzanı tərk edəcək”, – əl-Ənsari yazıb.İsrailli girovların ikinci qrupunda beş qadın və səkkiz uşaq var. Humanitar atəşkəs razılaşması çərçivəsində mübadilə ediləcək fələstinli məhbuslar arasında altı qadın və 33 uşaq var.Gununsesi.info

phrase_var_article.chosen
138
1
gununsesi.info

2phrase_var_article.sources