Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib ki, silahlı qrup İtaliyanın Dəməşqdəki səfirliyinin bağçasına daxil olaraq, silah gücünə üç rəsmi avtomobili götürüb. İtaliya XİN rəhbərinin sözlərinə görə, bu, müxalifət qüvvələrinin şəhəri ələ keçirdiyini elan etdikdən sonra baş verib.
Tayani, həmçinin əlavə edib ki, insident zamanı səfirin özü və iqamətgahı mühafizə edən karabineri xəsarət almayıb.