Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə İşgəncələr Əleyhinə Mərkəzin təşkil etdiyi qalmaqallı konfransla bağll yeni məlumat yayılıb. Xatırladaq ki, mənfi reputasiyası ilə tanınan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun həmin konfransa dəvət alması ciddi etirazlara səbəb olub. Buna səbəb kimi Novruz Kərimovun vaxtilə müstəntiq çalışdığı MTN-də da saxlanılanlara işgəncə verməsi, sonradan hakim kimi siyasi məhbuslara ağır cəzalar təyin etməsidir. Onun bu konfransa dəvət alması və nitq söyləməsi Novruz Kərimov tərəfindən qanusuz 8 il cəza alan keçmiş siyasi məhbus Pərviz Həşimlinin də etirazına səbəb olub.BUNA DA BAX: At izinin it izinə qarışdığı məmləkət, Yaxud Fikrət Cəfərli niyə hüquq müdafiəçisi ola bilməzKonfras zamanı məlum olub ki, Novruz Kərimov yazıçı Zümrüd Yağmurun övladına qarşı cinayətin də məhkəmə araşdırmasında saxtakarlıqlar edib.Konfrans iştirakçıları arasında olan Zümrüd Yağmur hakimi elə oradaca biabır edib. Gununsesi.info-ya açıqlamasında Zümrüd Yağmur deyib:Azərbaycandaki qadın zorakılığı ilə bağlı danışdım. Hüquq -mühafizə orqanlarının və məhkəmə sisteminin kobud və amansız yanaşmasından danışdım.Bildirdim ki, Novruz Kərimov burda qadınlara qarşı zorakılıqdan danışır, ancaq özünün sədrliyi ilə keçirilən 16 yaşlı qıza qarşı həyata keçirilmiş cinayət işinin məhkəməsində qanunsuzluğa imza atdı.Azərbaycanda bu cinayətə görə ilk dəfə olaraq beş il cəza ilə ən ədalətsiz hökmü Novruz Kərimov verdi.Ona dedim ki, beynəlxalq təcrübədən, qadınlara qarşı zorakılıqdakı həssaslıqdan danışan adam kimi əməlinizlə bunlar ziddiyyət təşkil edir.Təbii ki, sözüm kəsildi. Çıxışımın konfrans təşkilatçılarına müəyyən problem yarada biləcəyini bildirdim. Ancaq hesab edirəm ki, bu çıxışımdakı mövzular dilə gətirilmədir. Birbasa Novruz Kərimovun adı çəkərək, üzünə baxaraq çıxış edirdim. Yaxşı olar ki, siz biliklərinizi Azərbaycan məhkəmələrində tətbiq edə biləsiz. Doğrusu danışmaq məqsədim yox idi, ancaq susa bilmədim”. İlhaməGUNUNSESİ.İNFO
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta