ABŞ ordusu Suriyada 75-dən çox hədəfə, o cümlədən İŞİD-in düşərgələri və yaraqlılarına onlarla hava zərbəsi endirib.
APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“CENTCOM qüvvələri dekabrın 8-də İD düşərgələrini və yaraqlılarını hədəfə almaq üçün onlarla dəqiq hava hücumu həyata keçirib”, – CENTCOM-un “X” səhifəsində dərc edilən yazıda deyilir.