İki gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edən Türkiyənin məşhur müğənnisi Mert Demirin İstanbula dönər-dönməz sevgilisi, aktrisa Serenay Sarıkaya ilə aralarında problem yaşandığı iddi olunub.
OLAY yazır ki, cütlüyün ayrılması ilə bağlı xəbəri “Pantonlar Dünyası” nəşrinin jurnalisti Edanur Aktürk Akyol yayıb.
Edanur bildirib ki, Mertle Serenayın ayrılması iklinin arasındakı sevginin bitməsi səbəb olub.
Demir və Sarıkaya yayılan bu xəbəri hələki şərh etməyiblər.
Qeyd edək ki, Mertlə Serenayın eşq yaşaması avqustun sonu, sentyabrın əvvəlində məlum olub. İkili istirahət edərkən çəkdirdiyi şəkilləri sosial şəbəkə hesablarında yayımlayaraq birlikdə olduqlarına işarə ediblər.