Prezidentliyinin sayılı günlərini yaşayan Ağ ev rəhbəri Co Bayden Suriyadakı hadisələrlə bağlı mətbuat konfransı keçirib.
Sitat.info xəbər verir ki, ABŞ-ın keçid dövründə Suriyanın qonşularına dəstək verəcəyini bildirən Bayden bu sözləri deyib.
“Nəhayət, Əsəd rejimi çökdü. Bu rejim yüzminlərlə günahsız suriyalıya zülm edib, işgəncə verib, qətlə yetirib. Birləşmiş Ştatlar Suriyadakı müttəfiqləri ilə birlikdə onlara riskləri idarə etmək fürsətindən istifadə etməyə kömək edəcək. “Nə Rusiya, nə İran, nə də “Hizbullah” Suriyadakı rejimi müdafiə edə bilməyəcək.
Yaxın vaxtlarda bölgə liderləri ilə görüşəcəyini söyləyən Bayden deyib ki, ABŞ keçidi təmin etmək üçün Suriya qrupları ilə münasibətdə olacaq: "Əsəd cavab verməlidir. Suriya rejiminin süqutu ədalətin təzahürüdür. Bu, çoxdan əziyyət çəkən Suriya xalqı üçün daha yaxşı gələcək qurmaq üçün tarixi fürsətdir".
Aytac,
Sitat.info