Dekabrın 8-də ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələri Suriyanın mərkəzində İŞİD-in düşərgələrinə onlarla dəqiq aviazərbələr endirib.
Azpost.info bildirir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının bəyanatında deyilir.
İŞİD liderlərinə, döyüşçülərinə və düşərgələrinə qarşı zərbələr İŞİD-i sıradan çıxarmaq, zəiflətmək və məğlub etmək, terrorçu qruplaşmanın xarici əməliyyatlar keçirməsinin qarşısını almaq və İŞİD-in mövcud vəziyyətdən istifadə etməyə cəhd etməməsi, Suriyanın mərkəzində öz qüvvələrini bərpa edə bilməməsi üçün davam edən missiya çərçivəsində həyata keçirilib.
B-52, F-15 və A-10-lar da daxil olmaqla, ABŞ Hərbi Hava Qüvvələrinin müxtəlif aktivlərindən istifadə edilən əməliyyat 75-dən çox hədəfi vurub.