AZ

“Bayern” Bekkenbauerin “5” nömrəsini dövriyyədən çıxardı

“Bayern” alman futbolunun əfsanəsi, münhenlilərin keçmiş müdafiəçisi Frans Bekkenbauerin daşıdığı “5” nömrəsini dövriyyədən çıxarıb.

Arena.az məlumat verir ki, Almaniya nəhəngi bu barədə klubun rəsmi “X” sosial şəbəkə hesabı üzərindən məlumat yayıb:

“5” nömrə müstəsna irs üçün qorunub saxlanılacaq, çünki klubumuz və onun tarixi Franssız sadəcə ağlasığmazdır”, – “Bayern”in prezidenti Herbert Hayner vurğulayıb.

Xatırladaq ki, Bekkenbauerin uzun sürən xəstəlikdən sonra 2024-cü ilin yanvar ayının 7-də dünyasını dəyişib.

Frans Bekkenbauer futbolçu karyerası ərzində “Bayern”, “Hamburq” və “Nyu-York Kosmos” klublarında çıxış edib. Ümumilikdə, Bekkenbauer klub səviyyəsində bütün yarışlarda 620 oyun keçirib, 74 qol vurub və 75 məhsuldar ötürmə verib.

Frans Bekkenbauer qeyd-şərtsiz Almaniya futbolunun əfsanəsi hesab edilir. Bekkenbauer Almaniya yığmasının heyətində 103 oyuna 14 qol, 10 məhsuldar ötürmə ilə fərlənib.

Bekkenabauer Almaniya Bundesliqasının beşqat, Avropa Çempionlar Kubokunun üçqat, “Qızıl top”un ikiqat, 1972-ci il Avropa Çempionatının, 1974-cü il FIFA Dünya Kubokunun qalibidir. Baş məşqçi kimi Frans Bekkenbauer UEFA Kubokunu, Fransa çempionatını, Almaniya Bundesliqasını qazanıb və 1990-cı ildə Almaniya yığmasına dünya çempionu adını qazandırıb.

phrase_var_article.chosen
48
arena.az

1phrase_var_article.sources